01 
Dek
2022
17:33
430

Mariam Kvrivişvili: "Turizm sektorunun inkişafı üçün 200 mln. lari ayrılacaq"

 Gürcüstanda turizmin bərpası dinamikası kifayət qədər müsbət tendensiyalarla davam edir.

InterPress.ge xəbər verir ki, bu barədə
İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin təşəbbüsü ilə turizm sektorunun inkişafı proqramı çərçivəsində 200 mln. lari ayrılacaq ki, bu da ölkədə turizm infrastrukturunun yaxşılaşdırılması üçün tam istifadə olunacaq.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, baş nazir hökumətin son iclasında yeni turizm məkanlarının inkişafı və mövcud olanların tam bərpası üçün 200 milyon lari ayrılmasından danışıb.

Bundan başqa, iqtisadiyyat nazirinin müavininin qeyd etdiyinə görə, sözügedən pullar turizm sahəsinə ölkə iqtisadiyyatındakı əhəmiyyətindən əsaslanaraq ayrılıb və nəticədə ölkə müxtəlif regionlarda yeni turizm istiqamətləri, yeni turizm infrastrukturu əldə edəcək. 

“Bu, ilk növbədə, turizm sənayesinin canlanma dinamikasına töhfə verəcək, sektoru gücləndirəcək, yeni iş yerləri açacaq və ən əsası regionlarda kiçik və orta biznesi gücləndirəcək”, - Mariam Kvrivişvili qeyd edib.

Bizimlə əlaqə saxlayın