Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki nəfər məsuliyyətə cəlb edilib
Acarıstan regionunda müvafiq icazə olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktına görə iki nəfər məsuliyyətə cəlb olunub.
InterPress.ge xəbər verir ki, qanun pozuntusu Gürcüstan istintaq xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.
Məlumata görə, təqsirləndirilən şəxslərin Batumi şəhərində iki fərqli yerdə qeyri qanuni olaraq oyun biznesi obyektləri qurduqlarını və bu obyektlərdə stolüstü qumar oyunları keçirdikləri aşkarlanıb.
“Müəyyən edilib ki, obyektlərin qanuni fəaliyyət göstərdiyi təqdirdə icazə haqqı kimi dövlət büdcəsinə təxminən 350 min lari daxil edilməlidir. Bu qanun pozulduqda isə, sahibkar Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır” - deyə məlumatda bildirilir.


