30 
Nybr
2022
15:18
455

İnsan həyatına zərər verə biləcək heyvanları gəzdirməklə bağlı qanun sərtləşdirilir

Təhlükəsizlik standartlarını pozmaqla, insana zərər verə biləcək heyvanları gəzdirmək cinayət məhsuliyyətinə səbəb ola bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Kaxa İoseliani danışıb.

Onun sözlərinə görə, təhlükəsizlik tədbirlərinin pozulması ilə  heyvan insan sağlamlığına zərər  vurarsa,  cinayət məsuliyyəti məsələsi ortaya çıxacaq.

“Qanun layihəsi hazırlanıb və artıq mövcuddur. Hazırkı mərhələdə sahənin mütəxəssisləri və digər maraqlı şəxslərlə razılaşdırılaraq nəticənin hazırlanması, habelə onların tövsiyə və iradlarının müzakirəsi davam etdirilir. Bu qanun layihəsində oxşar məzmunlu norma nəzərdə tutulub və bu variantın da leqallaşdırılması nəzərdə tutulur. Əgər şəxs heyvanı gəzdirmə qaydasını kobud şəkildə pozarsa, yəni təhlükəsizlik normalarına məhəl qoymursa, bu, insan həyatına və sağlamlığına zərər verirsə, bu cinayət məsuliyyətinin əsasına çevrilir"- deyə İoseliani bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər