Paytaxtda ticarət və çatdırılma xidməti avtomobilləri üçün parkinq yerləri ayrılacaq
Tbilisidə biznes və çatdırılma xidmətləri üçün nəzərdə tutulan avtonəqliyyat vasitələrinin parklanmasına həsr olunacaq 550-dən çox xüsusi yer müəyyən edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs digər nəqliyyat vasitələrinin hərəkətinin ləngiməsi problemini həll edəcək.
“İqtisadi fəaliyyətin təşviqinin nə qədər vacib olduğunu bilirsiniz. Komandamız yerli biznesləri və iqtisadi fəaliyyətləri dəstəkləmək üçün bir sıra təşəbbüslər həyata keçirmişdir. Nəzərinizə çatdırım ki, Nəqliyyat və Şəhərsalma Agentliyi və Gürcüstan Distribyutorlar Biznes Assosiasiyasının əməkdaşlığı ilə paytaxtda nəqliyyat vasitələrinin parklanmasına həsr olunacaq 550-dən çox xüsusi yer müəyyən edilib və biznes və çatdırılma xidmətləri üçün nəzərdə tutulub. Agentlik bu məsələ üzərində fəal işləyir və bütün Tbilisidə mərhələli şəkildə həyata keçiriləcək xüsusi parkinq zonalarının ayrılması prosesinə başlanılıb " - deyə Kaxa Kaladze bildirib.


