30 
Nybr
2022
12:19
434

Bu tarixdən Melikişvili prospektində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

 Melikişvili prospektində həftənin sonunadək avtomobillərin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Kaxa Kaladze məlumat verib.

Onun sözlərinə görə, Melikişvili prospektinin bərpası çərçivəsində yaxın günlərdə asfalt örtüyünün sonuncu qatının döşənməsinə başlanılacaq, bu səbəbdən dekabrın 1-i saat 00:00 -dan həftənin sonunadək avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. 

"Prospektin bərpasının əvvəlində mövcud olan sxem üzrə nəqliyyatın hərəkətinə icazə veriləcək - Varazişxevi ilə hərəkət ikitərəfli olacaq və Çavçavadze prospektindən çıxan avtomobillər Varazisxeviyə daxil ola biləcəklər. Bu, müvəqqəti prosesdir, çünki həftənin sonuna qədər yol işləri tam şəkildə başa çatacaq. Məhdudiyyət Birinci Respublika meydanından Kostava küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinə də şamil olunacaq. Xüsusilə, Rustaveli prospektindən Kostava və Çovelidze küçələrinə gedən avtomobillər Birinci Respublika meydanı ilə, Axvlediani, Kyaçeli və Niko Nikoladze küçələri ilə hərəkət edə biləcək. Kostava küçəsindən həm Çovelidze küçəsi, həm də Qəhrəmanlar meydanına gedən enişlə Mtkvarinin sağ sahili və Tamar Mepe prospekti istiqamətində hərəkət etmək mümkün olacaq"-deyə Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın