Sürücülük vəsiqəsinin alınması ilə bağlı yeni qayda qəbul ediləcək
Sürücülük vəsiqəsinin praktiki sınaq imtahanının ikinci mərhələsinə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanılması məcburi olacaq.
InterPress.ge xəbər verir ki, müvafiq dəyişiklik Daxili İşlər Nazirinin əmri ilə nəzərdə tutulub və 2023-cü il sentyabrın 1-dən tətbiq ediləcək.
Məlumata əsasən, qeyd olunan tələb sürücülüyə namizədin tapşırığa uyğun olaraq nəqliyyat vasitəsinin texniki səmərəliliyi ilə bağlı suallara əyani göstərməklə, müvafiq alətdən istifadə etməklə, digər hərəkətlə və ya şifahi şəkildə cavab verməsini nəzərdə tutur.
Qeyd edək ki, B və BE kateqoriyalı avtonəqliyyat vasitələrini idarə etmək üçün praktiki sınaq imtahanı bu ilin aprel ayının 25-dən iki mərhələdən ibarət olub. Birinci mərhələ yenidən qapalı meydançada, ikinci mərhələ isə real hərəkət şəraitində keçirilir. Sürücülük qabiliyyətinə namizəd nəzəri imtahanı müvəffəqiyyətlə verdikdən sonra 30 təqvim günü müddətində praktiki imtahanın birinci mərhələsində, birinci mərhələdən müvəffəqiyyətlə keçdikdən sonra isə bir il müddətində praktiki imtahanın ikinci mərhələsində iştirak etmək hüququna malikdir.


