InterPress.ge xəbər verir ki,hadisə rayonun Şroma kəndində baş verib.
Məlumata görə, küçədən keçən su kanalının yanında orta yaşlı kişi meyitini görən yerli sakinlər polisə xəbər veriblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Kişinin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə istintaq işi başlanılıb.
