Yanvarın 1-dən uşaq bağçalarının tikintisi və bərpası proqramına başlanılacaq
"Biz uşaq bağçalarının tikintisi və bərpası proqramına başlayırıq ki, bu da bizə ümumilikdə 1,3 milyon lariyə başa gələcək".
InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili iclasda bildirib.
Baş nazirin sözlərinə görə, proqram üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2023-cü il yanvarın 1-dən başlayacaq və onun maliyyələşdirilməsinə 100 milyon lari ayrılacaq.
“Təhsil istiqamətində büdcəni 400 milyon lari artırdığımızı xatırlayırsınız. Bu çərçivədə biz 500 məktəbin tikintisini və bərpasını planlaşdırmışıq, lakin əlavə olaraq təhsilin maliyyələşdirilməsinə 150 milyon laridən çox vəsait ayıracağıq.
"Eyni zamanda məlum oldu ki, , 885 uşaq bağçasının tikinti və bərpasına ehtiyac var, ona görə də biz uşaq bağçalarının tikintisi və bərpası proqramının həyata keçirilməsinə başlamaq qərarına gəldik. Bu proqram üç mərhələdə həyata keçiriləcək və biz 2023-cü il yanvarın 1-dən birinci mərhələyə başlayacağıq. Bu proqramın maliyyələşdirilməsi üçün 100 milyon lari istifadə olunacaq. Ümumilikdə bu, bizə 1,3 milyon lariyə başa gələcək və ölkənin hər yerində tamamilə bərpa olunacaq və yeni uşaq bağçaları salınacaq"-deyə Qaribaşvili bildirib.


