Yanvarın 1-dən analıq məzuniyyəti üçün verilən məbləğ ikiqat artırılacaq
Qaribaşvilinin sözlərinə görə, gələn ilin dövlət büdcəsi layihəsində analıq məzuniyyətinə yardımın ikiqat artırılması üçün vəsait nəzərdə tutulub.
InterPress.ge xəbər verir ki, baş nazir hökumətin iclasında 2023-cü il dövlət büdcəsinin əsas prioritetlərindən danışıb.
“Analıq məzuniyyəti ilə bağlı məsələ kifayət qədər problemli idi, məndən parlamentdə məsələni həll etməyi xahiş etdilər. Müzakirələr nəticəsində özəl sektorda çalışan işçilərə analıq dövründə yardımın iki dəfə artırılmasına qərar verildi. Yanvarın 1-dən isə bu məbləğ 1000 lari yox, 2000 lari olacaq. Bundan əvvəl xatırlayırsınız ki, məktəb müəllimləri üçün biz bu artımı nəzərə almışıq və gələn ildən məktəb müəllimləri də analıq məzuniyyəti maaşlarını tam şəkildə alacaqlar"- deyə İrakli Qaribaşvili bildirib.
Lakin baş nazirin sözlərinə görə, 2023-cü il dövlət büdcəsinin yekun variantı noyabrın 30-da Milli Məclisə təqdim olunacaq.


