28 
Nybr
2022
13:47
311

İrakli Qaribaşvili Azərbaycanın Ekologiya və Təbii sərvətlər naziri ilə görüşüb

Gürcüstanın Baş naziri Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Naziri Muxtar Babayevlə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.

Məlumata görə, keçirilən görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasında hər iki ölkə üçün prioritet olan strateji əməkdaşlığın istiqamətləri müzakirə olunub. Baş nazirin sözlərinə görə,  İlham Əliyevin Gürcüstana səfəri xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə həmçinin iqtisadiyyat sahəsində əməkdaşlığa  da toxunulub. Qaribaşvili qeyd edib ki, Gürcüstan və Azərbaycan Respublikası etibarlı tranzit tərəfdaşlarıdır və birgə nəqliyyat dəhlizi etibarlı paylama kanallarını və qlobal bazarlara çıxışı təmin edir.

Eyni zamanda , regional əhəmiyyətli infrastruktur layihələrinin tam fəaliyyət göstərməsinin vacibliyi və Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığının əhəmiyyəti  də vurğulanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər