28 
Nybr
2022
12:33
1892

Gürcüstanda dəhşətli hadisə: Birinci qonşusunu benzin tökərək yandırdı, daha sonra özünü

Zuqdidinin Qotua küçəsində qonşu qonşusunun üstünə benzin töküb.

InterPress.ge xəbər verir ki,  Kutaisi xəsdəxanasına yerləşdirilmiş 60 yaşlı kişinin vəziyyəti ağırdır. 

Məlumata görə,  hadisəni törətmiş 75 yaşlı kişi özünüdə  benzin tökərək yandırıb. O, aldığı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.

Ailə hadisənin səbəbləri barədə mətbuata açıqlama verməsə də,  hadisənin  qonşular arasında mübahisə zəminində yarandığı düşünülür.

Qeyd edək ki, həyatını itirmiş şəxsin qardaşı da hadisə yerində olub və yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni törədən şəxsin psixoloji problemləri olub.

İstintaq Mülki Məcəlləsinin adam öldürməyə cəhdi nəzərdə tutan 19-108-ci maddəsi ilə istintaq işi aparılır.

Bizimlə əlaqə saxlayın