28 
Nybr
2022
11:46
1059

Gürcüstanda 12 yaşlı yeniyetmə uşaq dünyaya gətirdi

Noyabrın 23-də təcili tibbi yardım briqadası tərəfindən Rustavidən Tbilisiyə gətirilən 12 yaşlı yeniyetmə uşaq dünyaya gətirib. 

InterPress.ge xəbər verir ki, yeniyetmənin ailəsi hadisə barədə şərh bildirmir.

Məlumata əsasən, qonşuların da yeniyetmənin hamiləliyindən xəbəri olub, lakin heç bir sosial xidmət və  polisə müraciət etməyiblər. Yetkinlik yaşına çatmadan hamilə qalan yeniyetmənin işi hazırda polis tərəfindən araşdırılır.

Qeyd edək ki, yetkinlik yaşına çatmamış ana olan tək 12 yaşlı qız deyil. Statistikaya nəzər yetirdikdə qorxunc mənzərə ilə qarşılaşırıq. 
 Statistikaya görə, hər il yüzlərlə şagird məktəbi tərk edir. Bunun əsas səbəbi  isə ailə qurmaq və uşaq sahibi olmaqdır. Mövcud statistikaya görə, 2022-ci ildə 150-yə qədər  yetkinlik yaşına çatmamış azyaşlı  uşaq dünyaya gətirib.

Uşaq problemləri ilə məşğul olan təşkilatların məlumatına görə, yeniyetmələrin vaxtından əvvəl cinsi həyatın və hamiləliyin nədən qaynaqlandığı barədə məlumatı yoxdur. Onlar bu məsələnin həllini isə təhsil sistemində görürlər.

Psixoloqların sözlərinə görə, ailələrdə də problemlər mövcuddur.  Bu səbəbdən mütəxəssislər valideynlərə övladlarına yaxınlaşmağı, onlarla söhbət etməyi məsləhət görürlər.

Bizimlə əlaqə saxlayın