27 
Nybr
2022
15:03
285

Avropa İttifaqının ən təhlükəli cinayətkar şəbəkələrindən birinə qarşı keçirilən xüsusi əməliyyat nəticəsində 44 nəfər saxlanılıb

Avropa İttifaqının ən təhlükəli cinayətkar şəbəkələrindən birinə qarşı keçirilən xüsusi əməliyyat nəticəsində 44 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Europol yayıb.

Məlumata əsasən, əməliyyatda 11 ölkənin hüquq-mühafizə orqanları iştirak edib. Onların məlumatlarına görə, 8 ölkədə aparılan araşdırmalar nəticəsində bir neçə cinayətkar təşkilatın Avropa İttifaqı və hüdudlarından kənarda narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və qanunsuz gəlir əldə edilməsi ilə bağlı genişmiqyaslı cinayət fəaliyyətində iştirak etdiyi müəyyən edilib.

 Xüsusi əməliyyat Litva, eləcə də Çexiya, Latviya, Fransa, Almaniya, Polşa, Norveç, Slovakiya, Macarıstan, İspaniya və ABŞ-ın Baş Prokurorluğunun apardığı istintaq nəticəsində həyata keçirilib.

Bizimlə əlaqə saxlayın