Paytaxt meri Kaxa Kaladze Gürcüstan prezidenti Salome Zurabişvilinin keçmiş prezident Mixail Saakaşvilini əfv etməyəcəyinə əmindir.
InterPress.ge xəbər verir ki, Kaladzenin sözlərinə görə, Salome Zurabişvili prinsipial insandır.
" Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv etmək barədə qərar qəbul edəcəyini düşünmürəm və əmin deyiləm. Salome Zurabişvilinin prinsipial insan olduğunu hesab edirəm", - Kaladze bildirib.
.jpg)