25 
Nybr
2022
12:01
199

İstintaq Xidməti 9 nəfəri cinayət məsuliyyətinə cəlb etdi

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində mülkiyyət hüququnu təsdiq edən saxta sənədlərin hazırlanması və istifadəsi, dövlət mülkiyyətində olan torpaq sahələrinin dələduzluq yolu ilə ələ keçirilməsi, vəzifə səlahiyyətindən sui-istifadə etmək, vəzifə saxtakarlığı və vəzifəyə laqeydlik faktları üzrə doqquz nəfəri cinayət məsuliyyətinə cəlb ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.

Məlumata görə, saxlanılan şəxslərdən biri keçmiş, biri isə hazırda fəaliyyətlə məşğul olan dövlət məmuru olub.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər 2017-ci ildə saxta torpaq təhvil-təslim aktları əsasında İmereti bölgəsində 17 min 650 m2 dövlət mülkiyyətində olan 11 torpaq sahəsini dələduzluq yolu ilə qeydiyyatdan keçiriblər. Həmçinin məsuliyyətə cəlb edilmiş dövlət məmurlarının vəzifə səlahiyyətlərindən sui-istifadə və xidməti vəzifələrini lazımınca yerinə yetirməmə halları müəyyən edilib.

Araşdırmalar zamanı qanunsuz əldə edilmiş torpaq sahələrinə qadağa qoyulub. Onların dövlət mülkiyyətinə qaytarılması üçün müvafiq prosedurlar aparılır.

Gürcüstan Cinayət Məcəlləsinin 210, 180, 332, 341 və 342-ci maddələri ilə istintaq davam etdirilir. Cinayətə görə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
 

Bizimlə əlaqə saxlayın