Cümə axşamı gecə gec saatlarda Rusiyanın Ukraynanın yaşayış məntəqəsini atəşə tutması nəticəsində ölənlərin sayı 7-yə çatıb, 21 nəfər yaralanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının sədri məlumat verib.
“Bu gün qəhrəman şəhərimizin tarixində daha bir dəhşətli səhifə var. Yalnız axşam saatlarında - 21 yaralı və 7 ölü”, - o, Telegram-da yazıb.
Xatırladaq ki, cümə axşamı gecə gec saatlarda rus işğalçıları Xersonu artilleriya və MLRS ilə bombalayıblar. Partlayış nəticəsində hündür mərtəbəli bina yanıb.
