Noyabrın 26-sı günün sonundan 27-si günün sonunadək Gürcüstanda (əsasən ölkənin qərb bölgəsində) yağış, bəzi yerlərdə güclü qərp küləyi, yüksək dağlıq bölgələrdə qar, dənizdə 3-4 bal gücündə fırtına gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Gözlənilən güclü yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər.
