24 
Nybr
2022
14:26
236

Rusiya Duması LGBT icmasının yayılmasını qadağan edən qanun qəbul etdi

Rusiya Dövlət Duması Rusiyada LGBT icmasının yayılmasının qadağan edilməsinə dair qanunu üçüncü oxunuşda qəbul edib.

InterPress.ge xəbər verir ki, Rusiyada “qeyri-ənənəvi münasibətlərin təbliği” və hər yaş kateqoriyasında LGBT problemləri ilə bağlı məlumatların media, internet, reklam, ədəbiyyat və kino vasitəsilə yayılmasına qadağa tətbiq edilir, “qeyri-ənənəvi cinsi əlaqəni təbliğ edən” materialların yer aldığı filmlərə icarə sertifikatının verilməsi qadağan edilir.

Qanunun pozulması halında, fiziki şəxs üçün 200 min rubl, hüquqi şəxs üçün isə 5 milyon rubla qədər cərimə nəzərdə tutulur.

2013-cü ildən Rusiyada yetkinlik yaşına çatmayanlar arasında "gey təbliğatını" qadağan edən qanun qüvvədədir. Hər iki qanunda “təbliğat” dedikdə nəyin nəzərdə tutulduğuna dair konkret meyarlar açıqlanmır, ona görə də qanun kifayət qədər geniş fəaliyyət dairəsinə malikdir. 

Bizimlə əlaqə saxlayın