Rusiyanın Kamçatka yarımadasında Şiveluçi vulkanı püskürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hələ noyabrın 20-də alimlərin bəhs etdiyi vulkanın güclü püskürməsinin baş verəcəyi məlum olub.
Şiveluçi Kamçatkanın ən böyük vulkanlarından biridir. Ən yaxın qəsəbə Klyuç 50 kilometr, Petropavlovsk-Kamçatski şəhəri isə 450 kilometr məsafədədir.
.jpg)