23 
Nybr
2022
22:20
644

Nərgiz Əliyeva: "Yararsız məmurların məsuliyyətsizliyi və səriştəsizliyi üzündən daha neçə can qurban gedəcək?"

Marneulidə baş verən faciələr günü gündən çoxalır, bu gün gəncliyinin ən gözəl çağını yaşayan, həyatı irəlidə olan gənc qızımız dünyasını dəyişib. İlk öncə bütün Marneuli sakinlərinə və qızımızın yaxınlarına başsağlığı diləyirəm. 

InterPress.ge xəbər verir ki, VMH Partiyasının Marneulinin bələdiyyə məclisindəki deputatı Nərgiz Əliyeva bu gün Marneulidə yol qəzasında həyatını itirən 17 yaşlı Firəngiz Xəlilovanın ailəsinə və yaxınlarına baş sağlığı diləyərək həmin ərazidə yolda tramplinin və müvafiq yol nişanının olmamasında yerli hakimiyyətin məsuliyyətsiz və səriştəsiz olduğunu bildirdi.

"Bu tip yol nəqliyyat hadisələri şəhərdə çoxalıb buna bir çox səbəblər var. Sözügedən küçədə və şəhərin bir çox küçələrində təhlükəsizlik tədbirləri yerinə yetirilməyib. Bizim məsul şəxslərin və aidiyyəti qurumların görünür görmə qabiliyyəti hər hansı faciə baş verəndə nisbətən bərpa olur o da bir nəticə vermir. Hadisənin baş verdiyi küçədə heç bir təhlükəsizlik tədbirləri görülməyib, döngədə nə tramplin, nədə müvafiq yol hərəkət nişanı yoxdur, eyni problem Marneulinin mərkəzi və daxili küçələrində də var. Bir çox küçə sakinləri yol tramplinin çəkilməsini tələb edirlər, lakin hər zaman olduğu kimi kar və kor olan  məmurların səriştəsizliyi, məsuliyyətsizliyi və fəaliyyətsizliyi nəticəsində sakinlərimiz risklərlə üzləşir və bu cür faciələr baş verir.

Bu gün, dünən, sabah yararsız məmurların məsuliyyətsizliyi, diqqətsizliyi, səriştəsizliyinə daha neçə can qurban gedəcək? Siz nə zaman vəzifənizin məsuliyyətini hiss edəcəksiniz? Siz nə zaman bu yekəxanalıqdan uzaqlaşıb o isti otaqlarınızdan çıxıb xalqın dərdinə şərik olacaqsınız? İşini bilməyən, məsuliyyətsiz, savadsızlardan ibarət komanda hələ bizim başımıza çox bəlalar açacaq. 
Balaca şəhərdə yaşayırıq. Deməyə ehtiyac da yoxdur, bir dəfə yuxarı aşağı avtomobilinizlə Marneuliyə nəzər salsanız görərsiniz harada nə problem var. Amma niyə edəsiniz ki, seçkidə sizə boş-boş çıxıb xalqın qarşısına vəd vermək lazımdır.
Marneuli meriyasının əməkdaşları, deputatlar, məmurlar bütün günü otaqda kofe içib onu bunu güdməkdən başqa biraz da xalqın içinə çıxın biraz olsun bu xalqın sizə verdiyi maaşın haqqını verin!",- deyə Nərgiz Əliyeva qeyd edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər