23 
Nybr
2022
20:39
233

Aygül İsayeva BMT-nin irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 108-ci sessiyasında çıxış edib-FOTO

İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva BMT-nin irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 108-ci sessiyasında çıxış edib.

InterPress.ge xəbər verir ki, bu barədə ictimai fəal, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva öz facebook səhifəsində qeyd edib.

Aygül İsayeva sessiyada təhsil sahəsindəki mövcud problemlərdən və
 müəllimlərin baş müəllim statusu almaqda üzləşdikləri süni problemlərdən danışaraq məsələni ətraflı şəkildə sessiya iştirakçılarının diqqətinə çatdırıb.

"Bir neçə ay öncə Avropa İttifaqının Gürcüstan üzrə Monitorinq Missiyasının nümayəndələri əlaqə saxlayıb görüşmək istədiklərini bildirmişdilər. Görüşdük, bir çox problemlərdən danışdıq, bir görüşdə hər şeyi əhatə etmək mümkün olmadı, ikinci görüşün baş tutmasını da istədilər. Müzakirə edilən mövzulardan biri də təhsil sahəsində yaşanan problemlər, müəllimlərin baş müəllim statusu almaqda üzləşdikləri süni problemlərlə bağlı idi. Görüşün sonunda Avropa İttifaqının Gürcüstan üzrə Monitorinq Missiyasının nümayəndələri sizin müəllimlərə qarşı "diskriminasiya" edilir dedilər. Halbuki, bu sözü mən nitqimdə işlətməmişdim, sadəcə olaraq problemi olduğu kimi təsvir etmişdim...

Bu gün isə BMT-nin irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 108-ci sessiyasına onlayn qoşularaq məruzə ilə çıxış etdim. Görüşdə təhsil sahəsində yaşanan problemlərdən, ana dili üzrə dərs saatlarının azaldılmasından, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə kadrlar hazırlayan bölmənin bağlanmasından, kadr çatışmazlığından, Azərbaycan məktəbləri üçün tərcümə edilən dərsliklərdəki "n" sayda səhvlərdən, müəllimlərin status almaları ilə bağlı üzləşdiyi süni problemlərdən və öz vətənimizdə bir millət kimi var olmağımızın təhlükə altında olmasından danışdım. Təhsil Nazirliyinə tabe olan təhsil resurs mərkəzlərinin direktorlarının özbaşınalığı ilə bağlı hesabatda xüsusi vurğulanıb və onların səlahiyyətlərini aşıb yaratdıqları "gestapo" rejiminin aradan qaldırılması ilə bağlı işlər davam etdiriləcək",-deyə Aygül İsayeva bildirib.

Bizimlə əlaqə saxlayın