23 
Nybr
2022
18:03
273

Marneulidə "Yaşıl Marneuli üçün - Yaşıl Yürüş " adlı tədbir həyata keçirildi - FOTO

23 noyabr tarixində Marneulidə "Yaşıl Marneuli üçün - Yaşıl Yürüş " adlı tədbir həyata keçirildi.

InterPress.ge xəbər verir ki, tədbirin məqsədi Marneuli bələdiyyəsində ekoloji problemlərin gündəmə gətirilməsi, əhalinin ekoloji maariflənməsinə töhfə vermək, Marneuli yerli hakimiyyətini "Yaşıl Marneuli" üçün gənclər birlikdə əməkdaşlığa çağırmaq və Marneuli bələdiyyəsində ətraf mühitin mühafizəsinini diqqət önünə gətirməkdir. 

Tədbir çərçivəsində Marneuli meriya binasından Marneuli bazarına qədər "yaşıl yürüş" həyata keçirildi.

İnterPress.ge xəbər portalına müsahibəsi zamanı Yaşıl Düşüncənin həmtəsisçisi Gülgün Məmmədxanova Marneuli bələdiyyəsində mövcud olan ekoloji çirklənmənin, ətraf mühitin zibillənməsinin insan sağlamlığına təsiri və təbiətin qorunması üçün Marneuli bələdiyyəsi yerli hakimiyyət ilə yerli əhalinin birgə əməkdaşlığının vacibliyini vurğuladı.

"Biz Yaşıl Düşüncə təşəbbüs qrupu olaraq Marneuli bələdiyyəsinin davamlı ekoloji çirklənməsindən narahatıq və " Yaşıl yürüş" tədbiri çərçivəsində Marneuli yerli hakimiyyətini və Marneuli bələdiyyəsinin əhalisini ekoloji çirklənmənin qarşısını almaqla üçün birlikdə hərəkətə keçməyə çağırırıq. Yəqin ki sizdə müşahidə etmisiniz, Marneuli bələdiyyəsi digər qonşu bələdiyyələrə nisbətən daha çox çirklənib.Bunun iki əsas səbəbi var. Birinci yerli əhalinin ekoloji təhsilinin çox aşağı olmasıdır.Əminik ki , çoxumuz şahid olmuşuq, avtobus da səyahət edərkən sürücülər və sərnişinlər su butulkalarını bir başa pəncərədən bayıra atırlar və bunu adi bir hadisə kimi qəbul edirlər. Hesab edirlər ki, atdıqları zibillərin onlara heç bir təsifi yoxdur. Ancaq bu əslində elə deyil, təbiətin çirklənməsinin bir başa insan sağlamlığına ziyanı var. Yaxın zamanlarda həyata keçirilmiş tədqiqatlar insan qanında belə mikro plastiklər aşkar edib. Mikroplastiklər bədənimizə yediyimiz ət və dəniz məhsullarından daxil olur. Beləki, heyvanlar və dəniz canlıları plastikləri qida kimi qəbul edirlər. Digər tədqiqat isə göstərir ki, əgər zibillənmə bu cür sürətlə davam edirsə 2050 - ci ildə yer kürəsində balıqlardan daha çox plastiklər olacaq. Biz düşünürük ki, öz gələcəyimiz və yaşıl Marneuli üçün indi hərəkata keçməliyik. İkinci əsas səbəb isə Marneuli yerli hakimiyyətinin ekoloji siyasətinin çox zəif olmasıdır. Bu isə öz təsirini kəndlərdə daha çox göstərir. Kəndlərdə zibil qablarının sayı çox azdır və onlar da yalnız mərkəzi küçələrə yerləşdirilib. Zibil qabları daxili küçələrə lazımdır və sayları mütləq artırılmalıdır. Zibil qablarının sayının az olduğuna görə əhali zibilləri yerə və su arxlarına atırlar. Biz yaşıl düşüncə təşəbbüs qrupu olaraq , Marneuli bələdiyyəsi sakinlərini ətraf mühitin mühafizəsinə çağırırıq, çünki bu ilk öncə bizim vətəndaşlıq borcumuzdur!" - Gülgün Məmmədxanova qeyd edib.

Bizimlə əlaqə saxlayın