23 
Nybr
2022
15:47
124

Bakıda Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar tədbirlər keçirilib

Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Bakıda müxtəlif tədbirlər keçirilib. 

InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, yubiley ötən həftə həm Azərbaycan Xarici İşlər Nazirliyində, həm də xüsusi qəbulda qeyd olunub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində keçirilən yubiley tədbiri çərçivəsində Gürcüstanın səfiri Zurab Pataradze Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüş keçirib. Görüşdə iki dost və strateji tərəfdaş dövlət arasında müasir dövrdə əməkdaşlıq tarixinə nəzər salınıb. Bundan əlavə, ölkələr arasında bütün sahələrdə sıx və səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb. Yubiley tədbirində qeyd olunub ki, diplomatik münasibətlərin 30 illiyi çoxəsrlik tarixin qısa epizodudur, bu dövr ərzində gürcü və Azərbaycan xalqları arasında mehriban qonşuluq, dostluq və qarşılıqlı hörmət münasibətləri formalaşıb. Qeyd edək ki, tədbir çərçivəsində Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin tarixini əks etdirən fotosərgi təşkil olunub.

Səfir Zurab Pataradze Gürcüstan səfirliyi tərəfindən “Four Seasons Baku” mehmanxanasında təşkil olunmuş ziyafətdə dinləyicilər qarşısında çıxış edib. ürcüstanlı diplomat Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı, əldə olunan uğurlar və qarşıya qoyulan məqsədlərdən danışıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana son səfərini xüsusi vurğulayıb. O qeyd edib ki, bu səfər siyasi və ticari-iqtisadi baxımdan ikitərəfli münasibətlərin inkişafına müsbət təkan verib. Qeyd edək ki, Pataradze Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin “qonşuluq sülh təşəbbüsü”ndən danışıb.

Bizimlə əlaqə saxlayın