23 
Nybr
2022
15:29
659

Əri tərəfindən yaralanan qadın xəstəxanada dünyasını dəyişib

Siğnaği bələdiyyəsinin Bodbe kəndində əri tərəfindən yaralanan qadın 3 aylıq müalicədən sonra xəstəxanada dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki, 27 yaşlı Mariam Abazadze başından güllə yarası alıb.

Məlumata görə, hadisə sentyabrın 4-də baş verib. Hadisənin səbəbi hələlik məlum deyil. Lakin yerli sakinlər və ailə yaxınları faktla bağlı iki versiya irəli sürürlər. İlkin fərziyyələrə əsasən, hadisə silahla ehtiyatsızlıq zəminində baş verib, digər tərəfdən isə hadisənin  ər-arvad arasındakı ailə münaqişəsi zəminində baş verdiyi düşünülür.

Polis tərəfindən 27 yaşlı Şmaqi Xunaşvilini elə həmin gün saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 11'19-109-cu maddəsi ilə istintaq işi aparılır. Cinayətkar üçün 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın