22 
Nybr
2022
22:54
689

Marneulidə bu şəxslər üçün ictimai nəqliyyat pulsuz olacaq

Marneulidə qeydiyyatdan keçmiş xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün yeni sosial xidmət istifadəyə verilib - proqram çərçivəsində bələdiyyədə yaşayan xüsusi qayğıya ehtiyacı olan şəxslər bələdiyyə nəqliyyatından pulsuz istifadə edəcəklər. 

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsinin Meriyası məlumat yayıb.

Onların məlumatına görə, benefisiarlar üçün sözügedən proqramın təqdimatını ictimai kitabxananın zalında Marneuli bələdiyyəsi merinin müavini Temur Şubitidze keçirib.

Tədbirdə Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov, Sakrebulo sədri Amiran Qiorqadze və müavinləri, Meriya və Şəhər Şurasının struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Meriyadan verilən məlumata görə, birinci mərhələ üçün 110 kart hazırlanıb və paralel rejimdə əlavə kartlar hazırlanır.

Hələ nəqliyyat vəsiqəsi almamış xüsusi qayğıya ehtiyacı olan şəxslər bələdiyyənin meriyasına müraciət edə bilərlər.

Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov “Xüsusi qayğıya ehtiyacı olan insanlara qayğı göstərmək və onların sosial mühitə uyğunlaşmasına kömək etmək bizim bilavasitə borcumuzdur” dedi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər