Ğvareli bələdiyyəsində yol qəzası ölümlə nəticələnib.
InterPress.ge xəbər verir ki, hadisə Saruso kəndi yaxınlığında baş verib.
İçərisində üç sərnişin olan avtomobil dərəyə aşıb. Qəza nəticəsində sərnişinlərdən biri ölüb, ikisi isə yaralanıb.
Həkimlərin rəylərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyatın istismarı və hərəkət təhlükəsizliyi qaydalarını pozma) ilə cinayət işi başlanıb.
