Çinin Anian şəhərindəki fabrikdə yanğın hadisəsi baş verib.
InterPress.ge xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına əsasən, yanğının söndürülməsinə 4 saat vaxt sərf olunub.
Yanğının hansı səbəbdən baş verdiyi hələ də bəlli deyil, lakin yerli hakimiyyət hadisəyə görə cinayətkarların həbs edildiyini bildirib.
Dövlət mediasının məlumatına əsasən, hadisə yerində 200-dən çox xilasedici və 60 yanğınsöndürən çalışıb.
