Sürücülük vəsiqəsi almaq istəyənlər artıq bu şəhərdə də praktiki imtahan verə biləcəklər
Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi nəzərinizə çatdırır ki, 28 noyabr 2022-ci il tarixindən etibarən “B” və “BE” kateqoriyalı avtonəqliyyat vasitələrini idarə etmək hüququ əldə etmək istəyənlər praktiki sınaq imtahanından real şəkildə keçə biləcəklər. Zuqdididə yollarda müvafiq genişmiqyaslı bərpa işləri artıq sona çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə
Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi məlumat yayıb.
Xidmət agentliyinin 10 struktur bölməsində yeni standart üzrə praktiki imtahan vermək mümkündür. Praktiki imtahanın ikinci mərhələsi Gürcüstanın daxili işlər nazirinin əmri ilə təsdiq edilmiş imtahan marşrutlarına uyğun keçiriləcək.
Sürücülük vəsiqəsinin praktiki imtahanının ikinci mərhələsində iştirak etmək üçün maraqlanan şəxs növbə tutmalıdır. Həm agentliyin struktur bölməsində, həm də agentliyin internet saytı, mobil tətbiqi və ya sürətli ödəniş terminalı vasitəsilə növbə bron etmək mümkündür.
Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirir. Gürcüstanın “Yol hərəkəti haqqında” Qanununa edilmiş dəyişikliklərə uyğun olaraq, 2022-ci il aprelin 26-dan “B” və “BE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ üzrə qəbul imtahanının praktiki hissəsi iki mərhələli olub.


