03 
Iyl
2020
09:49
734

Mamuka Mdinaradze: "Müxalifət hər il aldatdığı seçicilərə hansı üzlə müraciət edəcək"

"Müxalifətin radikal hissəsi son vaxtlar Seçki Məcəlləsinə edilən dəyişikliklərdə ATƏT / DTHİB-in tövsiyələrinin yerinə yetirilməsi prosesində iştirak etməyib və bununla da seçkilərdə iştirak etmək hüququnu itirib".

InterPress.ge xəbər verir ki, bu sözləri parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib.

Onun sözlərinə görə, seçicilər də onlarla eyni rəftar edəcəklər. Əvvəlcə deyəcəklər ki, sizə dəstək olacağıq və daha sonra səs verməyəcəklər.

"ATƏT/DTHİB-İN tövsiyyələri üzərində işləyirik və demək olar ki, bütün tövsiyyələr nəzərə alınıb. Oktyabrın 31-də yeni konstitusiya normalarına müvafiq olaraq seçkilər keçiriləcək. Bizim 2 günlük iş rejimimiz çox çətin və əmək sərf edici idi. Mən bizim bütün beynəlxalq tərəfdaşlarımıza, qeyri hökumət təşkilatlarının nümayəndələrinə və bu prosesə qatılan hər bir şəxsə minnətdarlığımı bildirirəm. Gördüyünüz kimi müxalifətin radikal hissəsi son vaxtlar Seçki Məcəlləsinə edilən dəyişikliklərdə ATƏT / DTHİB-in tövsiyələrinin yerinə yetirilməsi prosesində iştirak etməyib və bununla da seçkilərdə iştirak etmək hüququnu itirib. Seçicilər də onlarla eyni rəftar edəcəklər. Əvvəlcə deyəcəklər ki, sizə dəstək olacağıq və daha sonra səs verməyəcəklər",- dedi Mdinaradze.

Qeyd edək ki, parlament seçki məcəlləsinə əlavə ediləcək dəyişiklikləri 3-cü oxunuşda (94 lehinə və 1 əleyhinə səslə ) təsdiqlədi. Layihə seçki kampaniyaları və seçki prosedurları ilə bağlı bütün növ dəyişiklikləri nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın