21 
Nybr
2022
21:17
254

Standartlaşdırılmış qablaşdırma olmadan tütün məmulatlarının satışı iki il müddətinə təxirə salına bilər

Standartlaşdırılmış qablaşdırma olmadan tütün məmulatlarının satışı iki il müddətinə təxirə salına bilər.

InterPress.ge xəbər verir ki, 31 dekabr 2022-ci il tarixindən qüvvədə olan “Tütünlə mübarizə haqqında” qanunla müəyyən edilmiş qadağanedici normanın 31 dekabr 2024-cü il tarixinə qədər təxirə salınması gözlənilir.

Parlamentin İnsan hüquqlarının müdafiəsi komitəsində müddətin təxirə salınması ilə bağlı dəyişikliklər müzakirə edilib.

Qanun layihəsinin təşəbbüskarlarından biri olan “Gürcü arzusu”nun deputatı İsko Dasenin bildirdiyinə görə, Ukrayna hadisələrindən əvvəl Gürcüstan bazarı üçün nəzərdə tutulan tütün məmulatları əsasən Ukrayna zavodlarında istehsal olunurdu. Mövcud hadisələrlə əlaqədar olaraq, münaqişənin ilk günlərindən Ukraynada məhsulların istehsalı qeyri-mümkün olub və bu mərhələdə Gürcüstan bazarında tələbatı ödəmək, idxal etmək məqsədilə istehsal müxtəlif ölkələrə ötürülür. 

“Yaradılan vəziyyətlə əlaqədar olaraq tütün məmulatları sənayesi ilə məşğul olan şirkətlər bir fabrikdə deyil, bir neçə ölkənin müxtəlif fabriklərində müvafiq standartlaşdırılmış qablaşdırma proseslərini yenidən təşkil etməli olurlar. Bu, daha uzun və daha mürəkkəb prosesdir və qanunla müəyyən edilmiş tədbirlərin nəzərdə tutulmuş müddətdə həyata keçirilməsini sual altına qoyur”, - İsko Dasen bildirib.

Müvafiq olaraq, qanun layihəsinə əsasən, standartlaşdırılmış qablaşdırma ilə tütün məmulatlarının satışı və yerləşdirilməsi ilə bağlı tənzimləyici normalar, habelə qanuna tabe olan normativ xarakterli aktların hökumət tərəfindən işlənib hazırlanması müddəti 31 dekabr 2022- çi il deyil, 2024-cü il dekabrın 31-dən müəyyən edilib. 

Layihənin təşəbbüskarları parlament üzvləridir: Davit Sonğulaşvili, Qoça Enukidze, Qela Samxarauli və İsko Dasen.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər