Bu gün keçirilən hökumət iclasında bələdiyyələrlə bağlı məsələlər də müzakirə olundu
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında hökumət iclası keçirilib.
InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.
Məlumata görə, Nazirlər Kabinetinin üzvləri 12 məsələni müzakirə ediblər.
“Müzakirəyə çıxarılan məsələlər arasında dövlətə məxsus daşınmaz əmlakın pulsuz mülkiyyət yolu ilə özəlləşdirilməsi haqqında qanun layihəsi də var idi ki, bunun əsasında daha 123 məcburi köçkün ailəsi Tbilisi, Zuqdidi, Qori, Kutaisi, Çxaltubo, Mçxeta, Batumi, Axalçixe, Xobi, Martvili, Senaki, Calengixa, Poti, Çxorotğu, Kobuleti, Qurcaani, Tetricğaro, Qardabani və Xaşuridə yaşayış mənzili ilə təmin olunacaqlar.
Bundan əlavə, hökumət üzvləri Gürcüstanın Büdcə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə ediblər, bunun əsasında bələdiyyənin öz ərazisində qeydiyyatda olan dövlət torpaqlarının sərəncamından əldə etdiyi gəlirlər mərhələli şəkildə artırılacaq. Həmçinin qanun layihəsində gəlirlərin əmlaka münasibətdə faiz bölgüsünə yenidən baxılacaq ki, bələdiyyələrin büdcələrinə onların ərazisində yerləşən əmlakdan əlavə gəlirlər daxil olsun.
Sessiyada, həmçinin, qanun layihəsi müzakirə edilib, ona əsasən, Xaşurinin tam su təchizatı və drenaj sistemlərinin tikintisi layihəsi üzrə işlərə başlanacaq.
Layihənin ümumi dəyəri təqribən 225 milyon lari təşkil edir və onun çərçivəsində 5 il ərzində 160 kilometrə yaxın su kəməri, 45 kilometrə yaxın su şəbəkəsi, müasir standartlara uyğun sutəmizləyici qurğunun tikintisi, su təchizatının bərpası və inkişafı içməli su magistral binası, su anbarları və s. Layihə başa çatdıqdan sonra 24 min benefisiar müntəzəm su təchizatından faydalanacaq", - deyə yayılan məlumatda bildirilir.


