Polis 4 nəfəri dələduzluq və xarici ölkədə qanunsuz yaşamağa şərait yaratmaq ittihamı ilə yaxalayıb
Polis 4 nəfəri dələduzluq və xarici ölkədə qanunsuz yaşamağa şərait yaratmaq ittihamı ilə yaxalayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin və İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları müxtəlif ünvanlarda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisi şəhərində 4 nəfəri həbs ediblər.
2000-ci il təvəllüdlü N.M və 1997-ci il təvəllüdlü S.C. qruplaşma tərəfindən külli miqdarda maddi ziyan vurmaqla dələduzluq törətməkdə ittiham olunurlar.
Törədilən cinayətlərə görə 4 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər - N.M. və S.C. “Facebook” sosial şəbəkəsində, onların yaratdıqları müxtəlif qruplarda maraqlı şəxslərə əvvəlcədən ödəniş müqabilində saxta sənədlər hazırlanaraq Meksika ərazisindən qanunsuz olaraq Amerika Birləşmiş Ştatlarının ərazisinə aparılması təklif olunub. Amerika Birləşmiş Ştatlarına qeyri-qanuni köçürmə etmək istəyən şəxslər Gürcüstanda fəaliyyət göstərən müxtəlif kommersiya banklarında açılmış hesablara müəyyən məbləğləri əvvəlcədən rüsum olaraq ödəyirdilər. Təqsirləndirilən şəxslər pulları dələduzluq yolu ilə ələ keçirdikdən sonra zərərçəkmişlərlə əlaqə saxlayıblar.
İstintaq müəyyən edib ki, saxlanılan şəxslərin cinayət əməlləri nəticəsində dəymiş maddi ziyan bu gün 69080 ABŞ dolları, 4830 avro və 6290 lari təşkil edir.
Polis təqsirləndirilən şəxslərin mənzillərinə baxış zamanı sübut kimi kompüter avadanlığı, mobil telefonlar və bank plastik kartları götürüb. Hakimin hökmü əsasında saxlanılan şəxslərin daşınmaz əmlakına, avtomobillərinə və bank hesablarına həbs qoyulub.
İnsan Alverinə Qarşı Mübarizə və Qeyri-qanuni Miqrasiya Şöbəsi tərəfindən həbs edilən bacılara gəlincə, araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxslər müəyyən kompensasiya müqabilində Gürcüstan vətəndaşları üçün saxta tranzit vizaları hazırlayıblar, guya onlar tranzit məqsədilə Dublin Beynəlxalq Hava Limanına gedirmiş və Gürcüstan vətəndaşları hava limanına endikdən sonra İrlandiya dövlətinin ərazisinə daxil olublar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi və 3-cü hissəsinin “B” yarımbəndi ilə aparılır, hansı ki, qrupun qabaqcadan razılaşaraq törətdiyi dələduzluq, külli miqdarda maddi ziyan vurması, habelə Gürcüstan Cinayət Məcəlləsinin 2-ci Məcəlləsinin 344-cü maddəsinə əsasən iki və ya daha çox şəxsin qabaqcadan biliyə malik olaraq xarici ölkədə qeyri-qanuni olması üçün müvafiq şəraitin yaradılmasını və təşkilini nəzərdə tutur” , - məlumatda qeyd olunur.


