21 
Nybr
2022
14:37
124

Rusiya Ukraynanın şərqində mövqelərini möhkəmləndirməyə çalışır

Rusiya Ukraynanın şərqində mövqelərini möhkəmləndirməyə çalışır.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, son 24 saat ərzində Ukrayna qüvvələri Donetsk və Luqanskda işğalçıların yeddi hücumunu dəf edə bilib. Rusiya əsas qüvvələrini Baxmut, Avdeevk və Novopavlovk istiqamətində cəmləyib.

Eyni zamanda, işğalçı qüvvələr Ukrayna şəhərlərini bombalayır. Kiyevin rəsmi məlumatına əsasən, son 24 saat ərzində işğalçılar müxtəlif məntəqələrə 400 -dən çox zərbə endirib. Xarkovun yaşayış məntəqələri bombalanıb və Kupyansk rayonunda evə raketlər düşüb. Dağıntılar altında insanların qaldığı ehtimal edilir.

Bizimlə əlaqə saxlayın