Polis bir nəfəri saxladı
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü E.Ç.-ni azyaşlını qəsdən öldürmə maddəsi ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Zuqdididə qarşılıqlı mübahisə zəminində yetkinlik yaşına çatmayan - 2007-ci il təvəllüdlü S.M.-nin bədəninə soyuq silahla çoxsaylı xəsarətlər yetirib. Azyaşlı xəstəxanaya aparılana qədər ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində E.Ç.- ni Zuqdididə saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “e” bəndi ilə aparılır.


