Ötən gün Rusiya paytaxtının mərkəzində gül anbarında yanğın baş verib.
InterPress.ge xəbər verir ki, hadisə Komsomolskaya meydanında baş verib.
Baş verən yanğında ölənlərin sayı 6-ya çatıb.Yanğının söndürülməsinə Fövqəladə Hallar İdarəsinin 42 texnikası və 121 canlı qüvvəsi cəlb olunub.
Hazırda İstintaq komitəsi tərəfindən hadisənin səbəbləri araşdırılır, şahidlər dindirilir. Araşdırmalar nəticəsində malların anbarda qeyri-münasib şəraitdə saxlanıldığı müəyyən edilib.
"Hazırda altı nəfərin ölümü təsdiqlənib" - deyə mənbə "RİA Novosti"yə açıqlamasında bildirib.
