20 
Nybr
2022
14:29
417

Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriləcək

Bu gün hökumət administrasiyası yaxınlığında sabiq prezident Mixeil Saakaşviliyə dəstək üçün - “Mişaya azadlıq” aksiyası keçiriləcək.

InterPress.ge xəbər verir ki, aksiya təşkilatçılarından olan Qiorqi Çaladze bu barədə sosial şəbəkədə yazıb.

Onun yazdığına görə, bu, tərəfsiz məsələdir və toplantı siyasi xarakter daşımır.

 “Müxtəlif partiyalardan olan dostlarım da olacaq. Ölkəmizin gələcəyi önəmli olan hər kəsi gözləyirik! Temo Canaşia və mən bu aksiyada olacağıq və dostlarımızla - siz və sədrliyə namizədlərlə birlikdə Mişanın xilas edilməsi və azad edilməsi məsələsini müzakirə edəcəyik.

Burada mən hamınızdan xahiş etmək istəyirəm ki, aksiyada siyasi bəyanatlarla çıxış etməyin, çünki siz Mişanın işinin bu mühüm mərhələsində vəkillərə heç bir şəkildə müdaxilə etməməlisiniz”, - Qiorqi Çaladze yazıb.

Bizimlə əlaqə saxlayın