20 
Nybr
2022
11:50
1801

İran və Rusiya arasında PUA istehsalı barədə gizli razılaşma üzə çıxıb

İran Rusiyaya Ukrayna ilə müharibə üçün pilotsuz təyyarələr istehsalına kömək edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, kəşfiyyat məlumatlarına əsasən, İran Rusiya ilə yüzlərlə silahlı pilotsuz təyyarə istehsalına başlamaq barədə gizli razılığa gəlib.

Qeyd olunur ki, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində keçirilən görüş zamanı razılaşmanı yekunlaşdırıblar.

"Razılaşma tam yerinə yetirilərsə, Moskvanın Ukraynadakı müharibəsinə artıq həlledici dəstək verən Rusiya-İran alyansının daha da dərinləşməsi demək olacaq. Rusiya doqquz aydır davam edən müharibənin xarakterini dəyişdirən nisbətən ucuz, lakin çox dağıdıcı silah ehtiyatlarını kəskin şəkildə artıra bilər", - nəşr vurğulayıb.

Məlumata görə, Rusiya üçün bu saziş doqquz aylıq döyüşlərdən sonra dəqiq idarə olunan sursatlara kritik ehtiyacı ödəyə bilər. Rəsmilər bildiriblər ki, sazişlər, həmçinin İran üçün əhəmiyyətli iqtisadi və siyasi faydalar verir. Tehran Ukrayna ilə münaqişədə özünü bitərəf göstərməyə çalışsa da, İrana məxsus pilotsuz təyyarələrin Ukrayna şəhərləri üzərində peyda olması Avropadan yeni iqtisadi sanksiyalar təhdidinə səbəb olub.

Bizimlə əlaqə saxlayın