İrakli Kobaxidze: "Bidzina İvanişvilini şantaj edirlər, ondan..."
Gürcü Arzusunun sədri İrakli Kobaxidze Bidzina İvanişviliyə qarşı sanksiya mövzusunu şantaj adlandırır və deyir ki, İvanişvilidən siyasətə qayıtmağı tələb edirlər.
InterPress.ge xəbər verir ki, Kobaxidzenin fikrincə, İvanişvilini gizli şantaj edirlər. Kişi kimi çıxıb demirlər ki ona həqiqətən də sanksiya tətbiq edirlər.
"Bidzina İvanişviliyə qarşı sanksiyalara gəlincə, bu mövzu gündəmə gələndə, əslində, cənab Bidzina özü izah etdi ki, o, praktiki olaraq qeyri-rəsmi sanksiyalar tətbiq edib. Onun İsveçrə bankında saxladığı yüz milyonlarla dollar var. Yəni, artıq qeyri-rəsmi sanksiyalar tətbiq olunur. Odur ki, Bidzina İvanişvilini konkret məqsədlə şantaj etməyə çalışan bu şəxslərə qarşı sanksiyaları rəsmiləşdirmək daha yaxşı olar.
Yəni, Bidzina İvanişvilini gizli, konkret məqsədlə şantaj edirlər və bunun üçün də sanksiyadan istifadə edirlər, xüsusən də pulları dayandırırlar. Məncə, kişi kimi çıxıb desələr, daha yaxşı olar ki, hansısa sanksiyaları tətbiq edirlər. Ondan siyasətə qayıtmağı tələb edirlər". - İrakli Kobaxidze deyir.


