18 
Nybr
2022
14:56
285

"Müxalifətin məqsədi Gürcüstanın namizəd statusu almamasıdır" - Kobaxidze

"Hər şeydən görünür ki, müxalifətin yeganə marağı, məqsədi var - Gürcüstanın namizəd statusu almaması, çünki onlar bunu güclərini bərpa etmək üçün özlərinə şans kimi görürlər, bu, olmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlama verib. 

“Radikal müxalifət üçün yeganə qərar verən şəxs Kubilius, Fotiqa və s.-dir. Əslində bunlar heç nəyə qərar verməyən insanlardır, sıravi deputatlardır. Oliver Varheyə gəlincə, o, genişlənməyə birbaşa cavabdeh olan nazirdir, Avropa komissarıdır. Müşahidə etsək, Varheyin ölkəyə namizəd statusu alması ilə bağlı müsbət mesajları müxalifəti qıcıqlandırır. Hər şeydən görünür ki, müxalifətin yeganə marağı, məqsədi var - Gürcüstanın namizəd statusu almaması, çünki onlar bunu güclərini bərpa etmək üçün özlərinə şans kimi görürlər, bu, olmayacaq", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər