18 
Nybr
2022
14:18
277

İrakli Ğaribaşvili ilə Əli Əsədov arasında telefon danışığı olub

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

InterPress.ge xəbər verir ki, İrakli Ğaribaşvili və Əli Əsədov Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birini təbrik ediblər.

Həmkarlar Gürcüstan və Azərbaycan arasında sarsılmaz dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıblar.

Tərəflər iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətindən danışıblar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabrında Gürcüstana səfərinin əhəmiyyətini xüsusi qeyd ediblər.

İrakli Ğaribaşvili və Əli Əsədov Gürcüstanla Azərbaycan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərindən danışıblar.

Gürcüstanın baş naziri bu ilin dekabrına planlaşdırılan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası ilə əlaqədar həmkarını növbəti dəfə Tbilisiyə dəvət edib. Baş nazirlərin sözlərinə görə, sözügedən səfər iki ölkə arasında əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi üçün faydalı olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər