17 
Nybr
2022
15:40
309

SunExpress aviaşirkəti Tbilisidən Ankara, Antalya və İzmirə uçuşlar həyata keçirəcək

Türkiyə-Almaniya hava yolu şirkəti SunExpress 2023-cü ilin iyun ayından Gürcüstanda fəaliyyətə başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Hava Limanları Birliyi məlumat verib.

Aviaşirkət Tbilisi Beynəlxalq Hava Limanına eyni vaxtda Türkiyənin üç şəhərindən: Ankara, Antalya və İzmirdən uçuşlar həyata keçirəcək.

"SunExpress iyunun 3-dən İzmirdən, 5 iyundan Ankaradan, 15-dən isə Antalya kurortundan Tbilisiyə və əks istiqamətdə uçuşlara başlayacaq. Biletlər artıq satışa çıxarılıb və vətəndaşlarımız çox münasib qiymətə Türkiyənin paytaxtına və kurort zonalarına gedə biləcəklər", - Hava Limanları Birliyinin direktoru Tamar Arçuadze bildirib. 

SunExpress 33 il əvvəl Antalyada qurulan hava yolu şirkətidir və İzmir və Antalyanın əsas hava daşıyıcısıdır. 2001-ci ildə müştərilərə Türkiyə və Almaniya arasında birbaşa müntəzəm uçuşlar təklif edən ilk özəl hava yolu şirkəti oldu. SKYTRAX-ın məlumatına görə, SunExpress 2022-ci ilin ən yaxşı turizm aviaşirkəti seçilib. 
 

Bizimlə əlaqə saxlayın