16 
Nybr
2022
15:53
3519

Xarici dövlət nömrə nişanlı avtomobil sahiblərinin nəzərinə...

Xarici dövlət nömrə nişanlı avtomobillərin sahibləri video cərimələri ödəmədikdə, cəriməni ödəyənə qədər ola bilsin ki, Gürcüstan ərazisinə buraxılmayacaq.

InterPress.ge xəbər verir ki, parlamentin payız sessiyasının bu gün keçirilən plenar iclasında daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze qanuna dəyişikliklər barədə danışıb.

Onun sözlərinə görə, deputatların iradlarından sonra sözügedən qanun layihəsinə bəzi dəyişikliklər edilib 

"Xarici dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozduqdan və bu, video cərimə ilə qeydə alındıqdan sonra (söhbət patrul polisi tərəfindən cərimələnən şəxsdən getmir), biz bu cərimələri rəsmi səhifədə dərc edəcəyik və sözügedən cəriməni ödəmək üçün 30 gün vaxt veriləcək. Əgər bu müddət ərzində cəriməni ödəməsə, müvafiq cəza və sanksiyalar tətbiq olunacaq və nəticədə həmin şəxs bu cəriməni ödəməsə, dövlətə olan cəriməni ödəyənə qədər Gürcüstana buraxılmayacaq", - deyə Daraxvelidze söyləyib.

Bizimlə əlaqə saxlayın