Amiran Gamkrelidze toyların keçirilməsindən danışdı
"Testlərin sayının artırılması ilə yanaşı aşkar edilən virusun yeni hallarının sayı tək rəqəmi aradan qaldırmır. Ölkə daxilində virusun yayılması baş vermir".
InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze jurnalistlərə açıqlama verib.
Onun bildirdiyinə görə, bu statistika əhalini sakit oturmağa və böyük toylar, yığıncaqlar qeyd etməyə əsas vermir.
"Testlərin sayı artırılıb. İyun ayında 1800 ədəd, srağagün 3000, dünən isə 2800 ədəd idi. Hökümətin qərarı ilə testlərin keçirilməsi üçün qruplar artırıldı. Bundan başqa tibbi heyətin yoxlanılması böyüdü. İndi isə böyük diqqət yük avtomobilləri sürücülərinə ayrılıb. Bu gün koronavirusun 8 yeni halı qeydə alınıb. Bunlardan 6-sı yük avtomobillərinin sürücüləridir. Bütün bunların mənbələri məlumdur. Bütün halların hamısı xaricdən daxil olmadır. Ölkədaxili virus yayılması müşahidə olunmur lakin bu bizi sakit olmağımıza əsas vermir ki biz yenə böyük toylar, toplantılar həyata keçirək. Birmənalı olaraq maskadan istifadə, məsafə saxlamaq və dezinfeksiya qüvvədə qalır ", - Qamğrelidze.


