Araşdırmalar nəticəsində ət məhsullarında at və eşşək əti aşkar edilib
Konkret araşdırmalar nəticəsində ət məhsullarında at və eşşək əti aşkar edilib. Milli Qida Agentliyi qeyd olunan faktı araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
InterPress.ge xəbər verir ki, sözügedən məlumatı Milli Qida Agentliyi yayıb.
Milli Qida Agentliyinin Tbilisi Şəhər Xidməti tərəfindən “Lider” MMC-də (Qldani, A. mikrorayonu, 48 saylı binaya bitişik) yoxlama zamanı konkret tədqiqat üçün nümunələr götürülmüş və akkreditə olunmuş laboratoriyada yoxlamadan keçmişdir. Araşdırmalar nəticəsində ətdə at və eşşək DNT-si aşkar edilib. Obyektə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində məhsulların çıxarılması/geri yığılması barədə göstəriş verilib. Həmçinin, agentlik müfəttişləri yoxlama zamanı ikinci dəfər yoxlanış üçün nümunələr götürüblər.
Milli Qida Agentliyi qeyd olunan faktı araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Milli Qida Agentliyi istehlakçıların maraqlarını qorumaq məqsədilə qida məhsullarından nümunələrin götürülməsi və müxtəlif parametrlər üzrə araşdırmalarını davam etdirir", - məlumatda deyilir.


