16 
Nybr
2022
10:09
239

Co Bayden: "Raketin Rusiyadan Polşa ərazisinə buraxılması ehtimalı azdır”

"Raketin Rusiyadan Polşa ərazisinə buraxılması ehtimalı azdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden bildirib.

 "Mən bu barədə istintaq bitənə qədər danışmaq istəmirəm, lakin trayektoriyaya əsasən onun Rusiyadan atıldığı ehtimalı azdır, amma biz nəzarət edəcəyik", - Co Bayden bildirib.

Məlumat üçün bildirək ki, Polşa Xarici İşlər Nazirliyi, ölkə ərazisinə düşən raketin Rusiya istehsalı olduğu barədə bəyanat yayıb, ancaq raketin haradan atıldığı bəlli deyil. Hadisə ilə bağlı Rusiya səfiri çağırılıb.

Bizimlə əlaqə saxlayın