DTX Marneuli haqqında çəkilən süjetin tərcüməsi haqda bəyanat yayır - Yenilənib
Gürcüstanın “Mtavari arxi” televiziya kanalının iyunun 20-də Marneuli haqqında yayımladığı süjetlə bağlı istintaq tədbirləri davam etdirilir.
InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Qeyd olunub ki, süjetdəki respondentlərin Azərbaycan dilində dedikləri sözlər tərcümədə qəsdən təhrif olunmuş formada təqdim edilib.
DTX-nın yaydığı bəyanatı tam formatda oxuyucularımıza təqdim edirik:
“İctimaiyyətə məlum olduğu kimi DTX sabotaj faktı üzrə başladılmış cinayət işi üzrə cinayət Gürcüstan cinayət məcəlləsinin 318 ci maddəsinin birinci hissəsini nəzərdə tutur. Sözügedən iş üzrə istintaq 2020 ci ilin martın 16 da başlayıb. Quruma daxil olan məlumat əsasında tək şəxslər və şəxslərdən ibarət qruplar kütləvi informasiyaların müxtəlif ( omlar arasənda elektron) vasitələri istifadə etməklə saxta xəbərlər yaymağa cəhd ediblər. Bununla da insanlara psixoloji təzyiq edərək əhali arasında koronavirusla əlaqəli dezinformasiya yaymaq istənilib. Guya Marneuli bələdiyyəsində müxtəlif xəstəliklərdən dünyasını dəyişənlərin ailə üzvlərinə hökümət nümayəndələri gedərək dünyasını dəyişənin koronavirusdan öldüyünü bildirmələri və bunun qarşılığında onlara 3000-dən 10000 lariyədək pul təklif ediblər. Sözügedən süjetdə verilən saxta xəbərləri miqyaslı yaymaq məqsədilə sosiyal şəbəkələrdə və televiziya şərhləri vasitəsilə təşkil olunmuş halda siyasi partiya nümayəndələri və onların dəstəkçiləri yalan xəbərlərə inandırıcılığa yol verməyə cəhd ediblər. İstintaqın gedişatı zamanı qanunun tələb etdiyi kimi və peşəkar tərcüməçilərin iştirakı ilə 2020-ci ilin 20 iyun tarixində Mtavari arxinin Şabatis mtavari verlişinin bütün fiqurları və müsahibləri dindirilib. Maqistr məhkəməsinə müraciət etmək istəyənlər hakim qarşısında dindirildilər. Dindirilmədə müsahiblərin müsahibələrinin qəsdlə tərcümə vasitəsilə dəyişdirilməsi təsdiqləndi. Əlavə olaraq təsdiq olundu ki, 2020 ci ilin 26 iyun tarixində mtavari arxinin saat 9-za olan xəbərlər buraxılışında A.Q ( Ərkinaz Quliyevanın) titrlərlə verilmiş 2020-ci ilin 21 iyunda Şabatis mtavari verlişində efirə gedən süjetin tərcüməsi fərqlənir. Bundan başqa sosiyal şəbəkələrdə süjetlə əlaqəli aktiv iştirak edənlər sorğuya alındılar. Dindirilmiş şəxslərin heç biri məlumatlarla əlaqəli təsdiqlənmiş fakt nə də mənbə təqdim edə bilmədilər. Məlumdur ki, Gürcüstan pandemiya ilə uğurla mübarizə apararaq səhiyyə təcrübəsi ilə dünyada nümunəvi ölkəyə çevrilib. Gürcüstanın pandemiya dövründə atılan uğurlu addımlarını Avropa İttifaqı və ona üzv olan ölkələr tanıyaraq təhlükəsiz dövlət elan etdilər. İşin dolğun, hərtərəfli və obyektiv araşdırılması, istintaq orqanının təşəbbüsü və Baş Prokurorluğun müvafiq müraciəti eləcədə birmənalı və inandırıcı olmayan sübutlar əsasında hər bir konkret faktın hüquqi cavab məsələsini həll etmək üçün, Şabatis mtavarinin - "Satın alınmış COVID 19" və həmçinin 25 iyun 2020-ci il tarixində, 21:03 - 21:13 aparılmış araşdırma bu gün rəsmi olaraq Mtavari arxi rəhbərliyinə təhvil veriləcək. İstintaq intensiv şəkildə davam edir və DTX gələcək də istintaqın davamiyyətini və nəticələri ilə ictimaiyyəti məlumatlandıracaq", - deyə DTX-nın bəyanatında deyilir.
***14:06
Gürcüstanın “Mtavari arxi” televiziya kanalının iyunun 20-də Marneuli haqqında yayımladığı süjetlə bağlı istintaq tədbirləri davam etdirilir.
InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Qeyd olunub ki, süjetdəki respondentlərin Azərbaycan dilində dedikləri sözlər tərcümədə qəsdən təhrif olunmuş formada təqdim edilib.
İstintaqla məlum olub ki, Gürcüstanda bəzi qüvvələr müxtəlif KİV-lər vasitəsilə yalan informasiyaları kütləvi şəkildə yaymaqla məqsədli şəkildə vətəndaşlar arasında inamsızlıq, təşviş və xaos yaratmağa cəhd edirlər.
Qeyd edək ki, iyunun 25-də telesüjet barədə Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə istintaqa başlanılıb. Süjetdə Marneulidə vəfat edən şəxslərin ölüm səbəbinin koronavirus kimi göstərilməsi üçün tibbi heyət və yerli hakimiyyət orqanlarının nümayəndələrinin onların ailə üzvlərinə 3 000 laridən 10 000 lariydək pul təklif etdikləri iddia olunub.


