15 
Nybr
2022
14:15
345

Bolnisi və ətraf kəndləri 24 saat su ilə təmin etmək üçün layihə həyata keçirilir

Birləşmiş Su Təchizatı Şirkəti Bolnisi bələdiyyəsi və ətraf kəndləri 24 saat su ilə təmin etmək üçün ümumilikdə 85 milyon lari məbləğində layihə həyata keçirir.

InterPress.ge xəbər verir ki, bu barədə Su Təchizatı Şirkəti məlumat verib.

Məlumata görə, şirkətin direktoru Aleksandre Tevdoradze müavinləri, Kvemo Kartli nümayəndəsi Qiorqi Doxturişvili və Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili ilə birlikdə aparılan işlərə baş çəkib.

“Bu mərhələdə Asiya Bankının dəstəyi ilə Bolnisidə drenaj sisteminin tikintisi fəal şəkildə davam etdirilir. Həmçinin Bolnisi bələdiyyəsində su infrastrukturunun yaxşılaşdırılması üçün bir sıra layihələr həyata keçirilir. Layihələr çərçivəsində yerli əhalinin 24 saat su təchizatı ilə təmin edilməsi nəzərdə tutulub:

• Bolnisi və Daba Kazretinin su təchizatı sisteminin optimallaşdırılması və çoxmənzilli yaşayış binalarının sayğaclaşdırılması;

• Bolnisi bələdiyyəsinin Balici, Dzveli Kveşi və Dzezvnariani kəndlərinin su təchizatı sistemlərinin bərpası/tikintisi.

• Bolnisi "Qarabulaq"ın əsas strukturunun bərpası, magistral kəmərin, su təchizatı şəbəkəsinin, nasos stansiyasının təşkili. Həmçinin, mövcud su anbarlarının bərpası.

Hazırkı layihələrlə paralel olaraq Talaveri kəndində su təchizatı sisteminin təşkilinin layihələndirilməsi və tikintisi üçün tender keçirilir. Bolnisi bələdiyyəsində 85 mln. laridən çox olan layihələr həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın