15 
Nybr
2022
12:31
611

“Socar” xəbərdarlıq edir

Son zamanlar “Sokar” şirkəti adından əhalini “Sokar”ın aktivlərinə investisiya qoymağa çağıran müxtəlif tipli mesajlar yayılır. 

InterPress.ge xəbər verir ki, şirkət ictimaiyyətə bu saxta sxemə inanmamaq və oxşar təkliflərə investisiya qoymamaq barədə xəbərdarlıq edir.

“Sokar” sosial şəbəkələr və rəsmi media kanalları vasitəsilə öz fəaliyyəti və xüsusi aksiyaları barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandırır. Şirkət vətəndaşların nəzərinə çatdırır ki, “SOCAR” onun adından verilən saxta vədlərə görə məsuliyyət daşımır.

"Vətəndaşları diqqətli olmağa çağırırıq və onlara belə bir təklif aldıqları təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik", - Sokarın sosial şəbəkədə yayılan müraciətində deyilir.

Məlumatın düzgünlüyünü yoxlamaq istəyənlər “Sokar”ın rəsmi internet saytına, rəsmi Facebook səhifəsinə və *0001 qaynar xəttinə müraciət edə bilərlər.
 

Bizimlə əlaqə saxlayın