Hüquq-mühafizə orqanları İtaliyanın Liniano şəhərində 3 Gürcüstan vətəndaşını saxlayıb.
InterPress.ge xəbər verir ki, məlumatı yerli media yayıb.
Məlumata görə, onlar avtomobildə əyləşərkən karabinçilər şübhəli hərəkətlər görüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları gənclərin arxasına düşüblər və avtomobili saxladıblar. Onlar avtomobildən oğurlanmış əşyalar tapıblar.
Gürcüstan vətəndaşları bir neçə evi qarət etməkdə ittiham olunurlar. Axtarış nəticəsində on minlərlə avro dəyərində qızıl-zinət əşyaları götürülüb.
