14 
Nybr
2022
11:19
230

Tbilisidə ətraf mühitin tullantılarla çirklənməsinə görə neçə nəfər cərimələnib? - STATİSTİKA

2018-2022-ci illərdə paytaxt ərazisində ətraf mühitin tullantılarla çirklənməsinə görə ümumilikdə 4 milyon 446 min 623 lari məbləğində cərimə tətbiq edilib.

InterPress.ge xəbər verir ki, bu barədə “İnterpressnews”a Tbilisi meriyasından məlumat verilib.

Təkcə 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Tbilisidə 1612 cərimə protokolu tərtib edilib ki, onlara əsasən cərimənin məbləği 1 029 320 lari təşkil edib. 2018-2021-ci illər üzrə Tbilisi meriyasının Bələdiyyə Müfəttişliyinin hazırladığı statistik məlumatlara əsasən, ümumilikdə 9573 fiziki, 954 hüquqi şəxs cərimələnib, 10 624 protokol tərtib edilib və cərimənin məbləği 3 417 303 lari təşkil edib.

Daha dəqiq desək, 2018-2021-ci illərdə Tbilisidə məişət tullantılarının atılmasına görə fiziki və hüquqi şəxslərə ümumilikdə 7659, tikinti və inert tullantılarla zibillənməsinə görə isə ümumilikdə 2915 cərimə tətbiq edilib; Ətraf mühitin təhlükəli tullantılarla çirklənməsinə görə - 50 protokol tərtib edilib. 2018-21-ci illərdə cərimənin məbləği 3 417 303 lari təşkil edib.

Bizimlə əlaqə saxlayın